Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfərə çatıb

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfərə çatıb
# 10 avqust 2017 18:07 (UTC +04:00)

Çinin Siçuan əyalətində avqustun 8-də baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 493 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 20 nəfərin öldüyü və 431 nəfərin xəsarət aldığı bildirilmişdi.

Son məlumata görə, 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində 20 nəfər ölüb, 493 nəfər xəsarət alıb, onlardan 45 nəfərin vəziyyəti ağır, 53 nəfərin orta ağırdır, 392 nəfər yüngül xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR