Küveyt 15 iranlı diplomatı ölkədən çıxarır

Küveyt 15 iranlı diplomatı ölkədən çıxarır
# 20 iyul 2017 14:28 (UTC +04:00)

Küveyt 15 iranlı diplomatı ölkədən çıxarır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, Küveyt hakimiyyəti bu addımı ölkə maraqlarının müdafiəsi ilə əsaslandırır.

İranın Küveytdəki səfirliyinə rəsmi nota verilib, hərbi və mədəniyyət məsələləri üzrə attaşelərin aparatlarının bağlanılması haqqında bildiriş göndərilib. Diplomatik missiyanın 15 üzvünə 45 gün ərzində ölkəni tərk etmək göstərişi verilib. Nəticədə bundan sonra İran səfirliyində 4 diplomat fəaliyyət göstərəcək.

Küveyt-İran hökumətlərarası komissiyasının fəaliyyəti də dayandırılıb. Bu addımlar Küveyt məhkəməsinin müvafiq qərarından sonra atılıb.

Qeyd edək ki, məhkəmə “Əl-Əbdali” qruplaşmasının üzvlərinə həbs cəzası verib. İstintaqın qənaətinə görə, qruplaşmanın üzvləri “Hizbullah” təşkilatının himayəsi altında İranda təlimlər keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR