Sahib Ələkbərov: "Vergi yığımından vergi ödənilməsinə keçid etmişik"

Sahib Ələkbərov: "Vergi yığımından vergi ödənilməsinə keçid etmişik"
# 27 dekabr 2019 15:42 (UTC +04:00)

Azərbaycanda səyyar vergi yoxlamalarının sayı kəskin azalıb.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

"Bu ilin ilk 11 ay ərzində yeni vergi siyasətində dəyişikliklərin nəticələrini uğurlu hesab etmək olar. Əlverişli rəqabət mühitinin yaradılması, kölgə iqtisadiyyatının minimuma endirilməsi, uçotun dürüstləşdirilməsi əsas çağırışlarımız olub. Bu sahələrdə də ciddi nailiyyətlə əldə edilib. Biz vergi yığımından vergi ödənilməsinə keçid etmişik. Əvvəllər nəzarət tədbirləri vergi inzibatçılığında mühüm yer tuturdu. Burada azalmanı rəqəmlər də göstərir”, - deyə S. Ələkbərov bildirib.

O həmçinin əlavə edib ki, 2018-ci ildə 1 532 səyyar vergi yoxlaması aparılıb: "Əvvəllər bu göstərici minlərlə olub. Bu ilin ilk 11 ayında isə cəmi 776 səyyar vergi yoxlaması aparılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR