ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə başlayacaq

ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə başlayacaq
# 15 oktyabr 2017 16:04 (UTC +04:00)

ABŞ hakimiyyəti bu il qəbul edilən və Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun reallaşdırılmasına başlayacaq.

APA-nın məlumatına görə, bunu bu gün CNN telekanalına müsahibəsində ABŞ dövlət katibi Reks Tillerson bildirib.

R. Tillerson sanksiyaların tətbiqindən öncə ABŞ şirkətlərinin Maliyyə Nazirliyi və Dövlət Departamentindən sanksiyalar barədə məlumat almalı olduğunu vurğulayıb: “Biz qanunun tam reallaşmasına başlamaq üçün rəhbərliyə müvafiq təqdimata hazırlaşırıq. Biznes qanuna riayət edilməsi üçün yeni qaydalar barədə məlumatlı olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR