Qiyas İbrahimovun kassasiya şikayəti təmin edilməyib

Qiyas İbrahimovun kassasiya şikayəti təmin edilməyib
# 30 noyabr 2017 09:24 (UTC +04:00)

Bu gün Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim İnqilab Nəsirovun sədrlik etdiyi iclasda vəkil Zibeydə Sadıqova çıxış edərək hökm əsassız olduğunu deyib, bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Q. İbrahimov apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyib. Şikayət təmin edilməyib.

Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrur şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Q. İbrahimov o ittihamları qəbul etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR