Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayır.
APA-nın xəbərinə görə, 2017/2018-ci dərs ilində məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və yanvarın 31-də başa çatacaq.
Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə fevralın 1-də başlayacaq.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
Sabahdan məktəblilərin qış tətili başlayır
26 yanvar 2018 06:39 (UTC +04:00)
Sosial
Bakıda tozlu hava şəraiti müşahidə olunur
11:51
26 may 2024
Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir
11:32
26 may 2024
Əfv Sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - FOTO
11:28
26 may 2024
Ədliyyə Nazirliyində yeni təyinat olub - FOTO
10:59
26 may 2024