ABŞ-da yük maşını məktəb avtobusuna çırpılıb, 20 nəfər xəsarət alıb

ABŞ-da yük maşını məktəb avtobusuna çırpılıb, 20 nəfər xəsarət alıb
# 24 may 2018 02:23 (UTC +04:00)

ABŞ-ın Viskonsin ştatında ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Deforest yaşayış məntəqəsində qeydə alınıb.

Yük maşını texniki nasazlıq səbəbindən yolun kənarında dayanan məktəb avtobusuna çırpılıb.

Qəza nəticəsində 4-ü ağır olmaqla 20 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ümumilikdə 9 nəfərin xəstəxanaya yerləşdirildiyi, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR