“Liverpul” “Mançester Siti” ilə oyuna çempion kimi çıxa bilər: 6 qələbə qalıb

“Liverpul” “Mançester Siti” ilə oyuna çempion kimi çıxa bilər: 6 qələbə qalıb
# 03 fevral 2020 00:05 (UTC +04:00)

“Liverpul” İngiltərə çempionu tituluna yiyələnmək üçün 6 qələbə qazanmalıdır.

Apasport.az saytının məlumatına görə, buna XXV turun nəticələri səbəb olub.

“Mançester Siti”nin “Tottenhem”ə 0:2 hesabı ilə uduzmasından sonra “Liverpul”la izləyiciləri arasında xal fərqi 22-yə çatıb. 25 matçda 73 xal toplayan Yurgen Kloppun yetirmələri növbəti 6 oyunda qalib gəlsələr, rəqiblərin nəticələrindən asılı olmayaraq titula yiyələnəcək.

Bu, artıq XXXI turda gerçəkləşə bilər. “Liverpul” itkisiz irəliləməyə davam etsə, martın 21-də - Azərbaycanda Novruz bayramı qeyd olunan gün qızıl medallara sahib çıxacaq.

Təqvimə baxsaq, “Norviç”lə səfərdə, “Vest Hem”lə evdə oynadıqdan sonra “Uotford”un qonağı olub, “Bornmut”u qəbul edəcək mersisaydlılar XXX turda derbidə “Everton”un meydanına çıxacaq, sonra doğma arenada “Kristal Pelas”la üz-üzə gələcək.

Əgər “Liverpul” qələbələri sıralamağa nail olsa, “Mançester Siti” ilə görüşədək çempionluğunu rəsmiləşdirəcək. Liderin son çempionla qarşılaşması isə XXXII turun aprelin 4-də baş tutacaq duelində gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR