BFB “EvroBank”la “Azərbaycan Kredit Bankı”ın qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb

BFB “EvroBank”la “Azərbaycan Kredit Bankı”ın qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb
# 16 iyul 2015 13:03 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyaları ləğv edilib.

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, adıçəkilən emitentlərin lisenziyalarının ləğv edilməsinin qiymətli kağızlar ilə ticarət üçün, eləcədə investorların mənafelərin qorunması üçün mühüm fakt olmasını nəzərə alaraq, BFB müvafiq sorğuların cavablandırılmasınadək “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR