Prokuror iki piyadanın ölümünə səbəb olan sürücüyə 11 illik həbs cəzası istəyib

Prokuror iki piyadanın ölümünə səbəb olan sürücüyə 11 illik həbs cəzası istəyib
# 17 aprel 2017 10:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, A. Səfərova 11 illik həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Günay Hacıyeva A. Səfərova aşağı həddə cəza təyin edilməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxsə son söz demək üçün vaxt verib.

Proses aprelin 26-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Bakı-Xocəsən yolunun 7-ci kilometrliyində baş verib. Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan X-Trail” markalı, 90 SD 338 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 nəfəri vurub. Nəticədə piyadalardan 36 yaşlı Cavanşir Kirmirzəyev və digər piyada dünyasını dəyişib. 36 yaşlı İsmayıl Hümbətov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR