Quba rayonunda ölümlə nəticələnən ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rustov kəndində qeydə alınıb.
“Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaxınlarının APA-nın yerli bürosuna verdiyi məlumata görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.
Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.
Quba rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.