Bakıda yanğın olub

Bakıda yanğın olub
# 27 iyul 2018 14:41 (UTC +04:00)

Bakıda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 8 C ünvanında istifadəyə yararsız avtomobil şinləri 25 m² sahədə yanıb.

Yaxınlıqdakı çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 2 otağın pəncərəsinin şüşələri çatlayıb, binanın üzlük hissəsi qismən qaralıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR