Bərdədə dəhşətli qətl hadisəsi baş verib

Bərdədə dəhşətli qətl hadisəsi baş verib
# 02 mart 2019 04:52 (UTC +04:00)

Bərdədə dəhşətli qətl hadisəsi baş verib.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kəltəparak kəndində baş verib.

İmişli rayon sakini Qurbanov Elçin Nazim oğlu arvadı 27 yaşlı Qurbanova Nəvatı baltalayıb. Daha sonra qayınanası Qarayeva Rahiləyə bir neçə balta zərbəsi endirib və ona məxsus evi yandırıb. R. Qarayeva ağır yanıq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Məlumata görə Elçin Qurbanov 6 yaşlı qızı Qurbanova Fatiməni götürərək qaçıb.

Qeyd edək ki, N. Qurbanova 1 ilə yaxın idi anasının evində yaşayıb. N.Qurbanova həyat yoldaşı E.Qurbanovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə ailənin boşanması üçün 3 ay vaxt veribmiş. Hadisəyə də səbəb E.Qurbanovun boşanmaq istəməməsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR