Malinin paytaxtında polis əməkdaşları qətlə yetirilib

Malinin paytaxtında polis əməkdaşları qətlə yetirilib
# 13 avqust 2015 03:34 (UTC +04:00)

Bakı-APA. Malinin paytaxtı Bamakoda iki polis əməkdaşı naməlum silahlılar tərəfindən qətlə yetirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli kəşfiyyat xidmətinin nümayəndəsi bildirib.

Baş vermiş insidentə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Malidə bir neçə silahlı qruplaşma fəaliyyət göstərir. Onlardan biri, “Əl-Qaidə”-yə yaxın “Əl-Murabitun” qruplaşması avqustun 7-də Sevar şəhərində hotelə hücum və girovların götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində BMT-nin Malidəki sülhməramlı missiyasının 5 əməkdaşı (2 Nepal, 1 CAR və 1 Ukrayna vətəndaşı), 4 yerli hərbçi həlak olmuş, 4 terrorçu məhv edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR