Şimali Koreya növbəti dəfə ballistik raket sınaqdan keçirib

Şimali Koreya növbəti dəfə ballistik raket sınaqdan keçirib
# 15 sentyabr 2017 02:13 (UTC +04:00)

Şimali Koreya növbəti dəfə ballistik raket sınaqdan keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, raket Yaponiya üzərindən keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.

Bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa bildirib.

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın yeni raketinin 770 km maksimal hündürlüyə çataraq 3700 km məsafəni qət etdiyini bildiriblər.

Raket Pxenyanın Sunan aeroportu yaxınlığından buraxılıb.

Buna cavab olaraq Cənubi Koreya da öz istehsalı olan ballistik raket buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR