Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib
# 21 may 2018 10:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiçlə təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR