Azərbaycan və Venesuela prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Venesuela prezidentlərinin görüşü keçirilib  - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2016 10:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronu qəbul edib.

APA-nın xəbərinə görə, məhdud tərkibdə olub.

Görüşdə prezident İlham Əliyev Venesuela prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını deyib. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirib.

Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Venesuela prezidentinə məlumat verib. Dövlət başçısı münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR