Hindistandan Rusiyaya uçan təyyarə Bakıya təcili eniş edib

Hindistandan Rusiyaya uçan təyyarə Bakıya təcili eniş edib
# 21 dekabr 2019 14:22 (UTC +04:00)

Hindistanın Qoa ştatından Moskvaya uçan "Azur Air" hava yollarına məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib.

Bu barədə APA-ya Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.

"Qoadan Moskvaya uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş istəyib. Eniş yerli vaxtla saat 11: 05-də uğurla başa çatıb. Səbəb texniki məsələdir. Əldə etdiyimiz məlumata görə, sərnişinlər üçün başqa bir təyyarə göndəriləcək", - deyə məlumatda qeyd olunub.

Sərnişinlərin hava limanının binasında yerləşdiriliblər. Onlar su və qida ilə təmin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR