Yardımlıda kütləvi dava olub, bir nəfər ölüb

Yardımlıda kütləvi dava olub, bir nəfər ölüb
# 13 aprel 2018 08:33 (UTC +04:00)

Yardımlıda yaxın qohumlar arasında kütləvi dava baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bürzümübül kəndində yaxın qohum olan Rəciyevlər və Haxıəliyevlər ailələri arasında ərazinin müəyyən olunması səbəbindən yaranan mübahisə sonradan davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı Bürzümübül kənd sakini, 1963-cü il təvəllüdlü Bəyzadə Məmmədağa oğlu Rəciyev aldığı xəsarətlərdən ölüb. Davnın digər iştirakçıları Nuru Mətləb oğlu Haxıəliyev, 1993-cü il təvəllüdlü Elmn Bəyzadə oğlu Rəcili və onun qardaşı 1999-cu il təvəllüdlü Əvəz Bəyzadə oğlu Rəcili müxtəlif bədən xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

B. Rəciyevin ölümündə şübhəli bilinən Nuru Haxıəliyevin oğlu Şirxan Haxıəliyev polis tərəfindən saxlanılıb.

Yardımlı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR