Ekvadorda prezidenti ilk turda seçmək mümkün olmayıb

Ekvadorda prezidenti ilk turda seçmək mümkün olmayıb
# 19 fevral 2017 23:33 (UTC +04:00)

Ekvadorda prezident seçkisinin qalibi ikinci turda, aprelin 2-də bəlli olacaq

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Cedatos” şirkətinin keçirdiyi ekzit-polların nəticələri göstərib.

Seçkilərin ilkin nəticələrinə əsasən, hakim “PAİS” Alyansının namizədi Lenin Moreno 39,4%, onun əsas rəqibi “Kreo-Suma” hərəkatının təmsilçisi Qilyermo Lasso isə 30,5% səs toplayıb.

Beləliklə, namizədlərə verilən səslərin cəmi 50 faizi keçməyib və qanunvericiliyə əsasən seçkinin qalibinin müəyyənləşdirilməsi ikinci tura qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR