Obama atasının vətəni olan Keniyaya səfərə gəlib

Obama atasının vətəni olan Keniyaya səfərə gəlib
# 24 iyul 2015 20:58 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Keniya rəhbəri Uxuru Keniata danışıqların əsas mövzusunun təhlükəsizlik və ticarət olacağını bildirib. ABŞ Somalinin “Əş Şəbab” qruplaşması ilə mübarizədə Keniyaya yardım göstərir.

Qeyd edək ki, Obama Nayrobiyə səfəri çərçivəsində Sahibkarların Qlobal Sammitində iştirak etmək və keniyalı qohumları ilə görüşmək niyyətindədir. Lakin ABŞ prezidenti atasının dəfn olunduğu Keniyanın Koqela kəndinə baş çəkməyəcək.

Barak Obamanın Keniyadan sonra Afrika İttifaqının mənzil-qərargahı yerləşən Efiopiyaya səfər edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR