Moskva-Surqut marşrutu ilə uçan “Boeing” sərnişin təyyarəsi “Vnukovo” hava limanına dönərək təcili eniş edib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, buna sərnişin salonundakı tüstülənmə səbəb olub.
Təyyarənin göyərtəsində 130 nəfər olub. Hadisə nəticəsində zərərçəkən yoxdur. İnsidentin səbəbləri araşdırılır.