Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 16 iyul 2015 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyulun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 38 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 39 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 8 m3/s olmaqla, ongünlük normanın 7 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 52 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Şirvan məntəqəsində 6, Salyanda 3, Bankədə 2 sm azalma qeydə alınıb, Surra və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 sm (2014-cü il iyulun 16-da 289 sm), Şirvanda 181 sm (2014-cü il iyulun 16-da 129 sm), Salyanda 97 sm (2014-cü il iyulun 16-da 68 sm), Bankədə 177 sm (2014-cü il iyulun 16-da 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2014-cü il iyulun 16-da 15 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR