Bakı-Qazax magistralında kişi meyiti tapılıb –Yenilənib

Bakı-Qazax magistralında kişi meyiti tapılıb –Yenilənib
# 23 dekabr 2016 07:57 (UTC +04:00)

Bakı-Qazax magistralında kişi meyiti tapılıb –Yenilənib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saat 7.30 radələrində Bakı-Qazax magistralının dönmə xəttinin üzərində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində başında xəsarət olan kişi meyiti tapılıb. Meyitə baxış keçirilərkən üzərindən Abdullayev Adıgözəl Hüseyn oğluna məxsus bank kartı aşkar edilib. Kartın həmin şəxsə aid olub-olmaması araşdırılır. Meyit müayinə olunmaq üçün Şirvan şəhər Məhkəmə Tibbi Ekpertiza və Pataloji Anatomiya mərkəzinə yerləşdirlib. Hüquq-mühafizə orqanları tərəfindən ölümün müxtəlif versiyaları, həmçinin qətl versiyası da araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR