Yeni Zelandiyanın yeni baş naziri məlum olub

Yeni Zelandiyanın yeni baş naziri məlum olub
# 12 dekabr 2016 00:40 (UTC +04:00)

Yeni Zelandiya parlamentinin üzvü Bill İnqliş ölkənin baş naziri vəzifəsinə təyin edilib.

APA-nın məlumatına görə, bu barədə “RNZ” radiosu xəbər verib.

“Bill İnqliş rəsmi olaraq Yeni Zelandiyanın yeni baş naziri seçilib”, radionun “Tvitter”dəki səhifəsində qeyd olunub.

Bildirilir ki, bununla bağlı hakim Milli partiyanın iclasında müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, ötən həftə Yeni Zelandiyanın baş naziri Con Key istefa vermişdi. O, qərarının şəxsi xarakterli səbəblərlə bağlı olduğunu izah etmişdi. C. Key 2008-ci ildən Yeni Zelandiyanın baş naziri postunda çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR