Bakıda itkin düşən 14 yaşlı qız tapılıb - YENİLƏNİB

Bakıda itkin düşən 14 yaşlı qız tapılıb - YENİLƏNİB
# 13 yanvar 2020 02:06 (UTC +04:00)

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, 14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.

****

00:48

Bu gün səhər saatlarında Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı itkin düşüb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, bununla bağlı M.Məmmədovanın valideynləri ərizə ilə müraciət ediblər.

Hazırda itkin düşən 14 yaşlı M.Məmmədovanın tapılması istiqamətində axtarış əməliyyatları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR