Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə verilib

Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə verilib
# 03 oktyabr 2017 12:43 (UTC +04:00)

Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.

APA-nın xəbərinə görə, bu barədə İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda deyilir.

Adıçəkilən alimlər eksperiment yolu ilə qravitasiya dalğalarının aşkarlanmasına kömək edən lazer-interferometrik dalğa-qravitasiya rəsədxanasını yaradıblar.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR