“BP-Azerbaijan” və tərəfdaşları Sahibkarlığın İnkişafı Proqramının müddətini uzadıb

“BP-Azerbaijan” və tərəfdaşları Sahibkarlığın İnkişafı Proqramının müddətini uzadıb
# 28 noyabr 2016 08:14 (UTC +04:00)

“BP-Azerbaijan” və onun ölkədəki Azəri-Çıraq-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Sahibkarlığın İnkişafı Proqramının yeni müddət üçün təqdimatını keçirib.

APA-Economics”in məlumatına görə, BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu tədbir BP şirkətinin Azərbaycanda yerli bazarın inkişafını dəstəkləmək istiqamətində gördüyü davamlı öhdəliyin bir hissəsidir.

Onun sözlərinə görə, BP və tərəfdaşları 2007-ci ilin iyun ayından həyata keçirdiyi sahibkarlığın inkişafı proqramının məqsədlərini daha da genişləndirməklə onun müddətini uzatmaq qərarına gəlib: “Bu proqram yerli şirkətlərin və biznesin dəstəklənməsinə yönəlmiş bütün səylərimizin əsas xəttini təşkil edir. 2007-ci ildən başladığı vaxtdan bəri bu proqramda iqtisadiyyatın müxtəlif sahələrini və sektorlarını təmsil edən təxminən 2000 yerli kiçik və orta müəssisə iştirak edib. Onlardan təxminən 200-ü kursu bitirərək artım, inkişaf və təkmilləşmə vasitəsilə yüksək nəticələrə necə nail ola bilmək yollarını və bacarıqlarını öyrənib”.

O qeyd edib ki, BP və tərəfdaşları əməliyyatlarında və layihələrində yerli şirkətlərin iştirakının artmasında maraqlıdır: “Regional strategiyamızda həmişə digər çoxsaylı məqsədlərlə yanaşı aydın bir xətt də olub - Azərbaycandakı şirkətlərin öz bizneslərini inkişaf etdirilməsi səylərinə dəstək olmaqdır. Sahibkarlığın İnkişafı Proqramı genişləndirilmiş məqsədi ilə daha 2 il müddətinə uzadılmaqla yeni mərhələyə başlayır. Yaxın il ərzində layihəyə bir milyon manatdan artıq vəsait yatırılacaq. Bu mərhələdə onu yerli Ekvita MMC şirkəti həyata keçirəcək. Ümid edirik ki, yeni mərhələdə proqram Azərbaycanın iqtisadi bazasının genişləndirilməsinə və yerli müəssisələrin potensialını gücləndirməklə onların həm yerli bazarlarda, həm də bütün Xəzər regionunda rəqabət apara bilməsinə töhfə verən effektiv bir vasitə olmaqla davam edəcək. Biz müvafiq dövlət qurumları ilə əməkdaşlığımızı davam etdirərək qeyri-neft sektorunun güclənməsinə və ümumilikdə ölkədə güclü potensialın yaradılmasına dəstək olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR