Paşha Bank
Bank Of Baku

Ədliyyə Nazirliyi alimentlərin icrasında əsas çətinliyi açıqlayıb

Ədliyyə Nazirliyi alimentlərin icrasında əsas çətinliyi açıqlayıb
# 16 dekabr 2021 15:49 (UTC +04:00)

“Aliment işlərinin icrasında əsas çətinliklərdən biri də xaricdə yaşayan borclulardır”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib.

O qeyd edib ki, bəzən icra sənədləri icraya gəlmədən əvvəl borclular xarici ölkədə yaşayırlar: ”Sənədlər icraya daxil olduqdan sonra borclunun yaşayış yeri müəyyən olunmadıqda həmin borcluların axtarışları ilə bağlı icra məmurunun qərarı ilə tədbirlər görülür. Təbii ki, ölkə ərazisində polis orqanları tərəfindən axtarışlar aparılır. Lakin polis orqanlarının axtarışı nəticə vermədikdə dövlətlərarası axtarışla bağlı müraciət olunur. Lakin tələbkarlar da bilməlidir ki, xarici dövlətdə yalnız cinayət işləri ilə əlaqədar saxlanılma və təhvil verilmə həyata keçirilir. Mülki işlərlə əlaqədar borcluların saxlanılması, təhvil verilməsi həyata keçirilmir. Dövlətlərarası axtarışa verilsə belə, yalnız həmin dövlətlərin polis orqanları tərəfindən bu şəxslərinin yerinin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir və bizə məlumat verilir. Biz də tələbkara deyirik ki, həmin dövlətin məhkəmələrinə müraciət etsin. Təbii ki, məhkəməyə müraciətdən sonra beynəlxalq əməkdaşlıq vasitəsilə həmin ölkənin ərazisində qərarın icra olunması ilə bağlı tələb verilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR