İraqın Baakübə şəhərində törədilmiş iki partlayış nəticəsində 40-dan çox dinc sakin ölüb

İraqın Baakübə şəhərində törədilmiş iki partlayış nəticəsində 40-dan çox dinc sakin ölüb
# 10 avqust 2015 22:59 (UTC +04:00)

Bakı-APA. İraqın şərqindəki Baakübə şəhərində törədilmiş iki partlayış nəticəsində 40-dan çox dinc sakin ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

Məlumata görə, Diyala əyalətinin inzibati mərkəzi sayılan Baakübə şəhərinin mərkəzi bazarında partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Bundan başqa Baakübə şəhərinin şərqində də partlayış törədilib, nəticədə 7 nəfər ölüb, 25 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR