"Neftçi" "Maşinsazi"nin kapitanı ilə müqavilə imzalayıb

"Neftçi" "Maşinsazi"nin kapitanı ilə müqavilə imzalayıb
# 10 yanvar 2020 21:21 (UTC +04:00)

"Neftçi” heyətini gücləndirib.

Apasport.az saytının məlumatına görə, İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə bağlanıb.

Sonuncu klubu "Maşinsazi”nin (2916-2017, 2019) kapitanı olmuş Saman İranın "Naft Tehran” (2012-2013), "Gostareş Fulad ” (2012-2013, 2013-2016, 2017-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib.

İran çempionatının qalibi (2017) adına yiyələnən futbolçu ölkəsinin U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR