Bakıda 2 otaqlı mənzil, Sumqayıtda "Mercedes" markalı avtomobil yanıb

Bakıda 2 otaqlı mənzil, Sumqayıtda "Mercedes" markalı avtomobil yanıb
# 24 dekabr 2016 21:38 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda birmərtəbəli kommunal tipli yaşayış evində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR