Azərbaycanda elektrik enerjisinin istehsalı 4% artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı 4% artıb
# 14 iyul 2018 09:33 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 954 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,5% artaraq 147,6 mln. manat təşkil edib.

Ötən 6 ay ərzində Azərbaycanda 11 338,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1,2% çoxdur.

Bunun 986,1 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 6,7% azdır.

Bunun 9 905,1 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin 6 ayının göstəriciləri ilə müqayisədə 2,7% çoxdur.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 6,8 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin 6 ayının göstəriciləri ilə müqayisədə 15% azdır.

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 19,3 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 9,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR