Lombarddan götürdüyü pulu qaytara bilməyən şəxsə hökm oxunub

Lombarddan götürdüyü pulu qaytara bilməyən şəxsə hökm oxunub
# 14 aprel 2017 09:25 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbrus Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Rzayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakıda yerləşən lombardlardan birinə avtomobil girov qoyacağını vəd edib, 12 min manat pul götürüb, lakin nə avtomobili, nə də pulu verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR