Tovuzda polis maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB

Tovuzda polis maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2017 16:27 (UTC +04:00)

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinə məxsus “Fiat” markalı Post-Patrul avtomobili ilə rayonun Azadtəpə kənd sakini, 1992-ci il təvəllüdlü Rəşad Qədimalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.

“VAZ-21011”də olan sərnişin, Tovuz şəhər sakini, 1986-cı il təvəllüdlü Tural Əskərov hadisə yerində ölüb. Sürücü isə ağır bədən xəsarətləri alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

*** 19.05

Tovuzda yolun kənarında meyit tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, meyit şəhərin Heydər Əliyev prospekti ilə Musa Musayev küçəsinin kəsişdiyi yerdə aşkarlanıb.

Meyiti tapılan şəxsin təxminən 20-25 yaşlarında kişi olduğu bildirilir. Meyitin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Onun avtomobil vurması nəticəsində öldüyü ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR