Gəncədə kompleks mülki müdafiə təlimi keçirilib

Gəncədə kompleks mülki müdafiə təlimi keçirilib
# 31 iyul 2015 20:21 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, kompleks təlimdə Gəncə şəhəri icra hakimiyyətinin mərkəzi aparatının nümayəndələri, şəhər fövqəladə hallar komissiyası, şəhərin mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri iştirak ediblər.

Təlim zamanı şəhərin mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili və adamların təhlükəsiz yerlərə təxliyə işlərinin aparılması, habelə digər məsələlərlə bağlı tapşırıqları yerinə yetirilib. Kompleks təlimlərdə əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Təlimlərə şəhərin hərbiləşdirilməmiş dəstələrinin 354 nəfər şəxsi heyəti və 58 ədəd texnika cəlb edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR