Səfirlik: “Almaniyadakı bəzi dairələr Leyla və Arif Yunuslar haqqında məhkəmənin qərarını siyasiləşdirməyə cəhd göstərirlər”

Səfirlik: “Almaniyadakı bəzi dairələr Leyla və Arif Yunuslar haqqında məhkəmənin qərarını siyasiləşdirməyə cəhd göstərirlər”
# 18 avqust 2015 13:11 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi Leyla Yunus və Arif Yunus haqda çıxarılmış məhkəmə hökmünün Almaniyadakı bəzi dairələr tərəfindən siyasiləşdirilməsi cəhdlərini pisləyən bəyanat yayıb.

Səfirlikdən APA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, hüquqi dövlətdə törədilmiş cinayətin müvafiq cəzası olmalıdır: “Hər bir demokratik ölkədə olduğu kimi, insan hüquqları müdafiəçisi olmaq və ya hər hansı bir digər status Azərbaycan Respublikası qanunları qarşısında məsuliyyətdən azad etmir. Leyla Yunus və Arif Yunusun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi prosesi Azərbaycan Respublikasının birinci instansiya məhkəməsi tərəfindən açıq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə baş verib, məhkəmə prosesi xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən sərbəst şəkildə müşahidə olunub. Buna baxmayaraq, Almaniyadakı bəzi dairələr müstəqil məhkəmənin qərarına hörmətsizlik edərək, onu əsassız olaraq siyasiləşdirməyə cəhd göstəriblər”.

Bəyanatda qeyd olunur ki, müstəqillik əldə olunmasından sonra Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib: “Ölkənin müstəqil məhkəmə orqanlarının işinə siyasi bəyanatlarla təzyiq göstərilməsi qəbuledilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR