Səfir: "Yaponiyanın Azərbaycana etdiyi yardımın ümumi məbləği 1,1 milyard dollardır"

Səfir: "Yaponiyanın Azərbaycana etdiyi yardımın ümumi məbləği 1,1 milyard dollardır"
# 28 noyabr 2017 15:16 (UTC +04:00)

"Yaponiya Hökuməti 1998-ci ildən başlayaraq Azərbaycanda ümumi dəyəri 911 milyon ABŞ dolları təşkil edən güzəştli layihələr həyata keçirib. Yaponiyanın Azərbaycana etdiyi İnkişafa Rəsmi Yardımın ümumi məbləği 1.1 milyard ABŞ dolları təşkil edir".

Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Teruyuki Katori Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardımı vasitəsilə “Kiçik şəhərlərdə su təchizatının və kanalizasiya sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Qobustan rayonunun içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının başa çatması ilə əlaqədar açılış mərasimində deyib.

O bildirib ki, Yaponiya hökuməti İnkişafa Rəsmi Yardımı çərçivəsində Azərbaycanda iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edən müxtəlif layihələr həyata keçirib.

Səfirin sözlərinə görə, “Kiçik şəhərlərdə su təchizatının və kanalizasiya sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə müqavilə Yaponiya ilə Azərbaycan arasında 2009-cu ilin fevralında imzalanıb və dəyəri 319 milyon ABŞ dolları (32,851,000,000) Yapon Yeni təşkil edir: “Layihənin əsas komponenti Xaçmaz, Xızı, Qusar, Qobustan və Naftalanda su təchizatı və kanalizasiya sistemini təkmilləşdirməkdir. Layihədən faydalanacaq əhalinin ümumi sayı 91,800 nəfərdir. Sözügedən layihə Azərbaycanın 3 rayonunda Qusar, Naftalan və Qobustanda bitib, Xaçmaz və Xızı rayonlarında isə layihənin 2018-ci ilin iyun ayında bitməsi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR