Mübariz Qurbanlı Gürcüstan Patriarxlığının nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı Gürcüstan Patriarxlığının nümayəndələri ilə görüşüb
# 29 iyul 2015 12:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Pravoslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, din sahəsində əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze və Gürcüstanın ölkəmizdəki Teymuraz Şaraşenidze iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR