Paşha Bank
Bank Of Baku

Cəlilabad sakini qonşusunu güllə ilə vurub

Cəlilabad sakini qonşusunu güllə ilə vurub
# 15 dekabr 2021 12:24 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C. Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F. Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan “İJ-58” markalı ov tüfəngi götürülüb.

F. Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR