Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardığı əməliyyatların dəyəri azalıb

Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardığı əməliyyatların dəyəri azalıb
# 28 dekabr 2019 11:46 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 mln. və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3% artıb. Onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar ötən ilin noyabr ayı ilə müqayisədə 18,5% artaraq 90,3 mln. manat təşkil edib.

“Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 mlrd. 164 mln. manat təşkil edib”, - deyə R.Hüseyn qeyd edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 2,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR