ABŞ-ın iri şist neft istehsalçıları hasilatı artırmayacaq

ABŞ-ın iri şist neft istehsalçıları hasilatı artırmayacaq
# 04 dekabr 2017 13:21 (UTC +04:00)

ABŞ-ın şist neft hasilatı ilə məşğul olan üç iri şirkəti - "Pioneer Natural Resources Co.", "Parsley Energy Inc." və "Newfield Exploration Co." istehsalın həcminin artırılmamasına qərar verib.


"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, istehsalçılar buna səbəb kimi OPEC-ə üzv olan və olmayan ölkələr (OPEC+) tərəfindən hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın müddətinin uzadılmasını və bunun nəticəsində neftin bahalaşmasını göstərib.


Şirkətlər bəyan edib ki, hasilatın həcminin artırılmasının əvəzinə onlar xərclərin azaldılmasına və gəlirlərin generasiyasına nail olmaq niyyətindədirlər.


Vyanada OPEC+ razılaşmasının müddətinin uzadılmasından sonra neftin qiyməti hələlik ikiillik maksimum ətrafında ticarət olunsa da, investorlar ehtiyat edir ki, "qara qızıl"ın qiymətinin yüksək olması şist neft istehsalçılarını hasilatı artırmağa sövq edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR