Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 06 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 06 Yanvar
# 06 yanvar 2017 17:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rusiya Suriyadan qoşunlarının bir hissəsini çıxaracaı barədə ilk qərarı ötən ilin mayında açıqlamışdı. Hələ o zaman bu qərar şok effekti doğurmuşdu, qoşunların mərhələli şəkildə Suriyanı tərk etməsi rəsmi Dəməşqin İŞİD-ə təslim edilməsinə bərabər addım sayılırdı. Lakin gözləntilər özünü doğrultmadı və Rusiya Suriya cəbhəsində ən böyük uğurları elə martdan sonra əldə etdi. Bu səbəbdən yanvarın 1-dən qoşunların bir hissəsini münaqişə zonasından çıxarmaq qərarı Rusiyanın Suriyanı tərk etməsi demək deyil. Son bir ayda Suriyaya əlavə zirehli birləşmələrin gətirilməsi də bunu deyir. Qərar həm hərbi, həm də siyasi nöqteyi nəzərdən dəyərləndirilə bilər. Hərbi tərəfi açıqlanıb, siyasi tərəfi isə Moskvanın Əsədə mesajı ola bilər. Hələb Suriya qoşunlarının nəzarətinə keçdikdən sonra rəsmi Dəməşqin dili bir az açılıb, verdiyi əksər bəyanatlar demarş xarakteri daşıyır. Elə Türkiyədə İŞİD terrorunun tüğyan etməsinə dair parlament katibinin açıqlamalarını xatırlamaq yetər. Analoji mövqenin pərdə arxasında, həm də təkcə Türkiyəyə deyil, elə Rusiya və İrana qarşı da nümayiş etdirilməsi mümkündür. Rusiyanın qoşunların bir hissəsini çıxarmaq qərarı da bu pərdəarxası demarşlara cavab ola bilər. Digər tərəfdən Moskva bu addımı danışıqlar masasında Qərbi yumşaltmaq məqsədi də daşıya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR