Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında "Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda elmi simpozium keçirilir.
APA-nın xəbərinə görə, simpoziumda Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışaraq, bu tədbirin Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu deyib. O, muğamın islam coğrafiyasındakı xalqların milli-mənəvi dəyərlərinin, tarixi əlaqələrin qorunmasında mühüm rol oynadığını söyləyib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında festivalın Azərbaycanda artıq böyük ənənəyə çevrildiyini bildirib. Nazir muğam sənətinin formalaşması mərhələsindən danışaraq, muğam sənətinə göstərilən dövlət qayğısının böyük olduğunu vurğulayıb. O, muğam həftəsində bir çox maraqlı tədbirlər keçiriləcəyini nəzərə çatdırıb.
Sonra Türkdilli ölkələrin musiqi qrupları Şurasının üzvü Quzel Sayfullina, Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Qulnar Beqalinova, Özbəkistan Dövlət Konservatoriyasının professoru Ravşan Yunusov və digər qonaqlar çıxış ediblər.
Qeyd edək ki, simpozium çərçivəsində martın 9-da AMEA-nın Gəncə bölməsində də tədbir keçiriləcək. Simpozium işini martın 10-da yekunlaşdıracaq.
"Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda elmi simpozium keçirilir
07 mart 2018 09:03 (UTC +04:00)
İncəsənət
Mədəniyyət Nazirliyi Tofiq Mövləvinin vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
17:05
24 may 2024
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi Kimliyimiz" layihəsi başa çatıb - FOTO
21:02
23 may 2024
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib - FOTO
23:08
22 may 2024
Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsi çərçivəsində sərgi keçirilib - FOTO
12:43
22 may 2024