Gəncədə iki "VAZ" toqquşub, xəsarət alanlar var

Gəncədə iki "VAZ" toqquşub, xəsarət alanlar var
# 10 yanvar 2020 02:39 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü Həsənov Raul Çingiz oğlu və 1983-cü il təvəllüdlu Yolçiyev Vasif Asif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR