Bolqarıstanın Varna şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
APA yerli mətbuata istinadən xəbər verir ki, xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə olmadığı bildirilir.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Partlayışdan sonra binada yanğın baş verib.