Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illiyi qeyd olunacaq
# 29 yanvar 2018 13:21 (UTC +04:00)

Fevralın 1-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. APA-nın məlumatına görə, konsertin proqramında skripka və fortepiano üçün sonata, “24 prelüd” silsiləsinin IV dəftərindən 6 prelüd, L.Hughesun sözlərinə 3 noktürn, “Yeddi gözəl” baletindən fraqmentlər səslənəcək.

Konsert proqramında musiqişünas Rauf Fərhadov giriş sözü ilə çıxış edəcək.

Qeyd olunan əsərləri Elena Reviç (violin), Olqa Domnina (fortepiano) və Evgeniy Astafurov (bariton) ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR