BTRİB auditor seçir

BTRİB auditor seçir
# 27 yanvar 2017 05:35 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) maliyyə hesabatlarının audit xidmətlərinin satın alınması üzrə tender keçirir.

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 1000 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcək.

Təkliflərin qiymətləndirilməsi zamanı iddiaçı tərəfindən təklif olunan işçi heyətinin peşəkarlığı və səriştəsi, iddiaçının bu sahədə iş təcrübəsi və ixtisas tələblərinə uyğunluğu, iddiaçı tərəfindən müvafiq işin yerinə yetirilməsinə dair təklif olunan yanaşma, işin təşkili və idarə edilməsi ilə bağlı təkliflər, FT Global 500 siyahısına daxil olan şirkətlərlə iş təcrübəsinin mövcudluğu, maliyyə təklifinin səmərəliliyi meyarları nəzərə alınacaq.

Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandıqdan sonra 01.06.2017-ci il tarixinədək göstərilməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21.02.2017-ci il tarixinə saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27.02.2017-ci il tarixinə saat 17:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 03.03.2017-ci il saat 15:00 tarixində Bakı şəhəri, Üzeyir Hacıbəyov

küçəsi 48 ünvanında açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR