TürkPA-nın baş katibi ATƏT-in Daimi Şurasında çıxış edəcək

TürkPA-nın baş katibi ATƏT-in Daimi Şurasında çıxış edəcək
# 23 iyul 2015 08:22 (UTC +04:00)

Bakı – APA. ATƏT-in Serbiya sədrliyinin dəvəti ilə TürkPA-nın baş katibi Jandos Asanov ATƏT Daimi Şurasının 23 iyul 2015-ci il tarixində keçiriləcək iclasında çıxış edəcək.

TürkPA-dan APA-ya verilən məlumata görə, J. Asanov Şura üzvlərini TürkPA-nın son fəaliyyəti, gələcək məqsəd və vəzifələri haqqında məlumatlandıracaq.

Daimi Şura Vyanada yerləşən ATƏT qərargahında müntəzəm olaraq toplanan, ATƏT məkanında baş verən məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edən ATƏT-in əsas qərarverici orqanlarından biridir. Ənənəvi olaraq, ATƏT-in fəaliyyətdə olan sədrliyi ATƏT məkanında yerləşən regional təşkilatların təmsilçilərini Daimi Şurada çıxış etmək və onların fəaliyyətləri haqqında məlumat vermək üçün dəvət edir. Belə ki, TürkPA 2012 və 2013-cü illərdə də ATƏT sədrliyi tərəfindən dəvət edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR