"Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb

"Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb
# 10 avqust 2015 21:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, psixoloji dram janrında olan yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR